SOCAR və Türkiyənin BOTAŞ şirkəti arasında energetika sahəsində sazişlər imzalanıb.
 
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
 
“Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir.
 
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək”, - paylaşımda qeyd olunur.

Baxış sayı: 12377 | Tarix: 04.06.2024
Bizi Telegramda izləyin: @repostaz