İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.
 
RePost.Az xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
 
Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman Ağsudan dayısıgilə qonaq gəlmiş 11 yaşlı qızı küçədə maşınına mindirərərk yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb.
 
Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.
 
Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
 
Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.
 

Baxış sayı: 1965 | Tarix: 25.06.2024
Bizi Telegramda izləyin: @repostaz