Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib. 
 
Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobil alışaraq yanıb. 
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
 
Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Əməliyyat saat 09:02-də başa çatıb.
 
RePost.Az
 

Baxış sayı: 2706 | Tarix: 14.04.2017
Bizi Telegramda izləyin: @repostaz