İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
 
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.
 
Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Baxış sayı: 6867 | Tarix: 07.07.2024
Bizi Telegramda izləyin: @repostaz