Azərbaycanda Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də təmir-bərpa işlərinə başlanılacaq.

RePost.Az xəbər verir ki, mayın 1-dək davam edəcək prosesdə trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyü çəkiləcək və həmçinin, bütövlükdə trekə baxış keçirilərək ehtiyac olan yerlərdə asfalt örtüyündə təmir-bərpa işləri aparılacaq. 

Yol aprelin 23-dək bağlı olacaq.


Baxış sayı: 2136 | Tarix: 14.04.2017
Bizi Telegramda izləyin: @repostaz