“Ermənistanla Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazın iqtisadi potensialını açacaq və onun imzalanmasının vaxtı çatıb”.
 
APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
 
Sənəddə bildirilir ki, bir gün əvvəl Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistanın yüksək çinli rəsmiləri ilə görüşüb və İrəvanla Bakı arasında davamlı və ədalətli sülhün bərqərar olması səylərini müzakirə ediblər.
 
Amerika diplomatik missiyası qeyd edib ki, “Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişinin vaxtı çatıb”.

Baxış sayı: 9204 | Tarix: 26.07.2024
Bizi Telegramda izləyin: @repostaz