“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb.
 
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
 
O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar.
 
Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.

Baxış sayı: 12719 | Tarix: 19.08.2024
Bizi Telegramda izləyin: @repostaz