“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.
 
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo”nu (Zaqreb) qəbul edib.
 
Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün rəqibini ən az 3 top fərqiylə məğlub etməli olan təmsilçimiz bu matçda da məğlub olub.
 
İlk hissədə Marko Pyaçanın qoluyla hesabda önə keçən Xorvatoya təmsilçisi fasilədən sonra fərqi iki topa çatdırıb. Bu dəfə Mateuş Silva topu öz qapımıza göndərib.
 
Beləliklə, iki oyunun nəticəsinə görə Zaqreb "Dinamo"suna 0:5 hesabı ilə uduzan Ağdam təmsilçisi Çempionlar Liqası macərasını bu mövsümlük başa vurub.
 
Komandalar arasındakı ilk matçda “Dinamo” qələbə qazanıb – 3:0.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
 
28 avqust
 
20:45 Qarabağ – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
 
Qol: M. Pyatsa, 32, M. Silva, 54 (a.q.)
 
Qırmızı vərəqə: K. Medina, 88
 
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun 0:3
Tofiq Bəhramov adına Respublika stadionu.
 
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo
 
Baş məşqçi: Qurban Qurbanov
 
"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine
 
Baş məşqçi: Sergey Yakiroviç

Baxış sayı: 14505 | Tarix: 29.08.2024
Bizi Telegramda izləyin: @repostaz