Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan “Qran-Pri”sində ikinci sərbəst yürüş başa çatıb.
 
Apasport.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.
 
"Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.
 
Bu gün keçirilmiş ilk sərbəst yürüşdə "Red Bull" pilotu Maks Verstappen ən yaxşı nəticə göstərmişdi.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan “Qran-pri”sində ilk sərbəst yürüş baş tutub.
 
Apasport.az xəbər verir ki, "Red Bull" pilotu Maks Verstappen birinci olub.
 
"Mercedes"dən Lüis Hemilton ikinci, Verstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.
 
 
***
 
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan “Qran-pri”sində ardıcıl qəzalar baş verib.
 
Apasport.az xəbər verir ki, "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.
 
Qəza 15-ci döngədə baş verib.
 
Həmçinin "Uilyams" pilotu Franko Kolapintonun idarə etdiyi bolid də baryerə çırpılıb.
 
Hər iki qəzadan sonra qırmızı bayraq qaldırılıb və avtomobillər trasdan çıxarılıb.
 
Qeyd edək ki, Azərbaycan "Qran-pris"i sentyabrın 15-də başa çatacaq.
 
***
 
Bu gün "Formula 1" üzrə Azərbaycan "Qran-pri"si başlayır.
 
Apasport.az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
 
"Qran-pri"də 10 komandadan 20 pilot qələbə uğrunda yarışa çıxacaq.
 
Yarış trekinin uzunluğu 6 km-dir.
 
Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.
 
Azərbaycan Qran-prisində ilk günün proqramı
 
11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş

Baxış sayı: 14790 | Tarix: 13.09.2024
Bizi Telegramda izləyin: @repostaz