Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.
 
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
 
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
 
Bundan başqa bu gün keçirilən iclasda Milli Məclis sədrinin müavinləri və komitə sədrləri də seçilib. Belə ki, Əli Əhmədov Milli Məclis sədrinin I müavini, Ziyafət Əsgərov, Musa Qasımlı, 
Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçilib.
 
O cümlədən, Milli Məclisin daha 11 komitəsinə sədr seçilib.
 
- Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri
 
- Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri
 
- Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri
 
- Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri
 
- Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri
 
- Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri
 
- Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
 
- Şahin İsmayılov - Gənclər və idman komitəsi
 
- Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri
 
- Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri
 
- Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

Baxış sayı: 2117 | Tarix: 23.09.2024
Bizi Telegramda izləyin: @repostaz