Bakı Şəhər Döblət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
Müraciətdə deyilir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
 
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Baxış sayı: 3200 | Tarix: 06.11.2024
Bizi Telegramda izləyin: @repostaz