Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
 
Bu barədə RePost.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
 
"Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 5024 | Tarix: 09.12.2024
Bizi Telegramda izləyin: @repostaz