“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
 
Son məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Təyyarə Qroznıya uçurmuş, duman sıəbəbindən aktasu hava limanına yönləndirilib. Təyyarə havada quş sürüsü ilə toqquşub.

 AZAL-dan verilən açıqlamaya görə, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
 
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
 
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

***

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
 
Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.
 
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.
 
Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

***

Qəzaya uğrayanlardan 10 nəfər Aktau çoxprofilli xəstəxanasına yerləşdirilib.
 
Qeyd olunub ki, təyyarə qəzasında sağ qalanların sayı 12 nəfər ola bilər.

***

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin sərnişinləri Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub.
 
Bildirilib ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində 15 Rusiya vətəndaşı olub.
 
 

Baxış sayı: 2174 | Tarix: 25.12.2024
Bizi Telegramda izləyin: @repostaz