Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiya yaradılıb.
 
Dövlət komissiyasının tərkibi aşağıdakı kimidir:
 
Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
 
Üzvlər:
 
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
 
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
 
Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru
 
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
 
Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
 
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
 
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
 
Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi etməsi ilə bağlı hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Baxış sayı: 1414 | Tarix: 25.12.2024
Bizi Telegramda izləyin: @repostaz