“Zuhal Topalla” izdivaç proqramında heç kimin gözləmədiyi məqam yaşanıb. Verilişdə iştirak edən azərbaycanlı gəlin Naz Mila son dəfə Əli Əkbərlə danışmaq və bundan sonra verilişi tərk etmək istədiyini bildirib.
 
Əli ilə danışan Naz ağlayıb. O, Əkbəri çox sevdiyini və bundan sonra heç kimlə münasibətdə olmayacağını vurğulayıb.
 
Bunu görən azərbaycanlı gənc Milanı verilişi tərk etməyə qoymayıb. Aparıcı cütlüyün barışması üçün studiyada olan iştirakçı və tamaşaçıların hamısını çölə çıxarıb. 
 
Naz və Əli xoşbəxt olduğunu söyləyib.
 
RePost.Az
 


Baxış sayı: 46 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz