“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov nəvəsi Dinarəyə toy etməyə hazırlaşır.
 
RePost.Az Yeniçağ.az-a istinadən xəbər verir ki, T.Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.
 
Qeyd edək ki, Dinarə Tağı Əhmədovun oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də baş tutacaq.
 
RePost.Az

Baxış sayı: 103 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz