Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
RePost.Az xəbər verir ki, MOK-un vitse-prezidenti olan gənclər və idman naziri Fərid Qayıbova bu dəfə etimad göstərilməyib. Onun yerinə Fərid Mansurov MOK-un vitse-prezidenti seçilib.
Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyev isə Milli Olimpiya Komitəsinin üzvü qəbul ediliblər.