Ağsuda güclü sel ekskavatoru aşırıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb.
Onun yol-təmir tikinti işləri aparan şirkətin ərazidə sahə rəisi olduğu bildirilir.
Digər 3 nəfər - 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.