Qubada 10-dan çox kəndlə əlaqə kəsilib. 
 
RePost.Az xəbər verir ki, buna güclü yağışdan sonra uçqunun baş verməsi səbəbə olub. Belə ki, Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazisində iri qayalar qoparaq yola tökülüb. 
 
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.
 

Baxış sayı: 331 | Tarix: 19.04.2025
Bizi Telegramda izləyin: @repostaz