Daxili İşlər Nazirliyi (DİN) "20 Yanvar" dairəsində gənc oğlan özünü nəqliyyat vastələrinin altına atmasına reaksiya verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev RePost.Az-a bildirib ki, həmin şəxsin hərəkətləri ilə bağlı tədbirlər görülür.
"Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür".
Qurum rəsmisi yol hərəkəti işçilərinə bununla bağlı tövsiyyə də verib:
"Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər.
İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır".