Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

RePost.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.


Baxış sayı: 977 | Tarix: 05.05.2025
Bizi Telegramda izləyin: @repostaz