Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.
 
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd edilib ki, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat ətrafında dəyişib.
 
Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.

Baxış sayı: 236 | Tarix: 06.05.2025
Bizi Telegramda izləyin: @repostaz