Son məlumatlara görə, Kəşmirdə Pakistan Ordusu Hindistana güclü zərbələr endirib. Hindistan tərəfi Kəşmirdə ağ bayraq qaldırıb.

***

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən 5 Hindistan qırıcısını vurub.
 
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
 
“Müdafiə naziri Xavaca Asif təsdiq edib ki, Pakistan Hərbi Hava Qüvvələri son cavab tədbiri olaraq ən azı beş Hindistan qırıcısını vurub”, - telekanalın açıqlamasında deyilir.
 
*** 
 
indistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
 
Bu barədə "Reuters" Pakistan ordusuna istinadən məlumat verib.
 
Yaralıların sayı isə 46 nəfərə çatıb.
 
***
 
Hindistan ordusu silahlı qüvvələrin hər üç qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib.
 
Bu barədə ANI agentliyi mənbələrə istinadən məlumat yayıb.
 
"Zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Zərbələr yalnız Hindistan ərazisindən endirilib", - məlumatda deyilir.
 
Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.
 
 
 

Baxış sayı: 1110 | Tarix: 07.05.2025
Bizi Telegramda izləyin: @repostaz