İran və İsrail arasında atəşkəs yaxşı davam edir.
 
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Haaqada NATO Baş katibi ilə mətbuata açıqlamasında deyib.
 
Kiçik bir pozuntunun olduğunu, lakin İsrail təyyarələrinin geri döndüyünü deyən Tramp atəşkəsin “yaxşı getdiyini” təkrarlayıb.
 
İranın nüvə proqramı ilə bağlı sualı cavablandıran Tramp diqqətə çatdırıb ki, İranın indi etmək istəyəcəyi ən son məsələ uranı zənginləşdirməkdir. Tramp həmçinin İranın nüvə proqramına sahib olmasına icazə verməyəcəklərini bir daha vurğulayıb.
 
ABŞ Prezidenti Donald Tramp atəşkəsin İran üçün böyük bir qələbə olduğunu, onların neftinin və ağıllı insanlarının olduğunu deyib.
 
Tramp onu da bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu da özü ilə fəxr etməlidir.
 
ABŞ lideri əlavə edib ki, İran uzun müddət bomba istehsal etməyəcək.

Baxış sayı: 540 | Tarix: 25.06.2025
Bizi Telegramda izləyin: @repostaz