Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza rəyi uyğun gəlmir.
 
Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
 
“Hər iki gözün ağlı qişasına qansızmalar, sağ gözün üst və alt qapaqlarında qansızmalar, döş qəfəsində qançırlar, döş qəfəsini palpasiya edəndə assimetrikdir, qarnın sağ yan səthində və kalçada qançırlı sıyrıqlar, xayalıqda qırmızı və göyümtül qançırlar var. Bunlar ölümə səbəb olan xəsarətlərdir. Daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər birincidən fərqlənmir. Baş-beyinə qansızmalar, döş qəfəsinin sıxılması, qabırğaların çoxsaylı yerdəyişən sınıqları, qarnın arxa divarında yumşaq toxumalarda, paranefral sahələrdə qansızmalar, yumşaq toxumalarda yayılmış qansızmalar, xayalığın qançırları ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən çoxsaylı xəsarətlərlə ağır post-travmatik şok olub. Bunlar hər iki şəxsin meyitlərinin xarici və daxili müayinələrinin nəticələridir", - Ədalət Həsənov əlavə edib.
 
O bildirib ki, burun sümüklərində yerini dəyişən sınıq var: “Döş qəfəsi deformasiyaya uğrayıb, sol göz ətraf nahiyədə 14x12 sm ölçüdə hematoma, üst və alt dodaqların selikli qişası qançırlı, alının sol və sağ qaşüstü nahiyədə sıyrıqlar, döş qəfəsinin arxa səthində, hər iki əlin arxası qançırlıdır. Sol bel nahiyəsinin köndələn istiqamətli sıyrığı, sol budun iç səthinin 17x2.5 sm ölçüdə zolaqşəkilli sıyrığı var. Meyit daxili müayinə olunub. Başın dərisinin iç səthində geniş qansızmalar var”.

Baxış sayı: 350 | Tarix: 01.07.2025
Bizi Telegramda izləyin: @repostaz