İran prezidenti Məsud Pezeşkian 3-4 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq. 
	 
	Məlumata görə, Pezeşkian səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşünə qatılacaq.
	 
	Sammitdə habelə təşkilata üzv olan digər ölkələrin rəhbərləri də iştirak edəcəklər.