Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedir.
 
APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.
 
Bu gün Əbu Dabidə Nikol Paşinyanın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nahyanla görüşü planlaşdırılır.
 
Qeyd edilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan liderləri iyulun 10-da Əbu-Dabi şəhərində görüşəcək.
 

Baxış sayı: 388 | Tarix: 09.07.2025
Bizi Telegramda izləyin: @repostaz