Dünya birjalarında neft bahalaşıb. RePost.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,66 dollar artaraq 51,50 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,44 artaraq 54,33 dollar olub.

Qızıl isə ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 10,50 dollar azalaraq 1 161,90 dollara, gümüş isə 0,18 dollar azalaraq 19,92 dollara satılıb.

RePost.Az


Baxış sayı: 2801 | Tarix: 10.12.2016
Bizi Telegramda izləyin: @repostaz