Mayın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz  20-25°, yarımadanın bəzi yerlərində 28° isti, Bakıda gecə 12-14° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz  45-50 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

 

Mayın 2-si axşam qərb rayonlarından başlayaraq 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir.


Baxış sayı: 3219 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz