Ötən gün 19:50 radələrində Yasamal rayonu, M.Seyidov küçəsindəki çoxmərtəbəli binada yanğın baş verib. Nəticədə 20 nəfər tüstüdən zəhərlənib, 3 nəfər həyatını itirib.
 
Yanğın zamanı həyatını itirənlər 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova olub. 
 
Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəridir. Onun qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Fövqəladə hallar Nazirliyi yanğının binanın şaxtasındakı kabellərdən qaynaqlandığını desə də, sakinlər yaşıyaşı binasının aşağı mərtəbəsində yerləşən LOFT restoranından qaynaqlandığını iddia edirlər. 

Bununla bağlı tanınmış jurnalist Heydər Mirzə sosial şəbəkə hesabında status paylaşıb: 

"1001 hoqqa və sifətdən, məhkəmələrə və müvafiq orqanlara kisələrlə pul paylamaqdan (özü deyib, böhtan atmıram), məhkəmə hakiminin yanında “bizdə variantlar çoxdur, məhkəmə zad hərləmirik“ deyən LOFT restoranının yiyəsi binamızı nəhayət ki yandırdı. 
Yasamal məhkəməsini udmuşdu. 2 dəfə İTV gəldi çəkdi. Bir dəfə başqa kanal. İctimailəşdirdik. Apelyasiyaya hazırlaşırdıq. Çi fayda?
 
Ölənlər var. Çoxlu sayda yaralananlar var. Obyektin yiyəsi yoxdur, yarımştat şilləvuranı də gizlənib polislərin arxasında. Yaxınlaşıb siqareti rojasına atıb anasının peşəsi haqda söz deyirəm, deyir “problem yoxdur”, cındırın dölü!!
AzTV gəlib. Sakinlərdən müsahibə götürür. Sual verir “binada neçə mərtəbə var?”. Çox vacib sualdır axı! Həyatı məna daşıyır axı! Mənim kişiliyim çatdı cavabını verməyə “binada neçə mərtəbə var?” sualına. Görüm AZTV-ninki çatacaqmı o müsahibəni verməyə?! 
 
O dünyadan qayıtdıq. Alov görmədim. Amma tüstüdə, işıqsız koridorda nə yaşadıq…. Pişiklər salamatdır, mən də. İndi valideyinlərim gildəyəm… 
 
FHN və polislər camaatı boğula boğula çıxartdılar. Sağ olun uşaqlar. Qəhrəmansınız!
 
Bir də təmkinli ol zad bu tip şey yazmaq istəyənlərə - təmkinli olduq. Qarajımızın yarısını qanunsuz özününküləşdirəndə təmkinli olduq, evimizin altını bazlıqxana edəndə təmkinli olduq, məhkəmədə təmkinli olduq, və s. və s. Mənim nə atam oliqarx deyil, nə də ki anam şou biznes ulduzu deyil. Müəllim balasıyam, jurnalistəm. Rəsmən də ayın birindən işsizəm. Olanım - atamın aldığı bu ev idi. İndi nə olacaq biımirəm…"

Baxış sayı: 217 | Tarix: 22.11.2025
Bizi Telegramda izləyin: @repostaz