61 nömrəli marşrut xətti üzər hərəkət avtobusun sürücüsü qadın sərnişinin hücumuna məuz qalıb.
 
Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, avtobusun kamerasının qeydə aldığı videoda sərnişnilərdən biri sürücüdən avtobusu dayanacqdan kənar saxlamasını tələb edir. Sürücü isə vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişnin bu istəyini yerinə yetirmir. Belə olan halda sürücünü təhqir edir və ən dəhşətlisi isə hərəkətdə olan avtobusu idarə edən sürücüyə hücum edib. Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin bununla özünün eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.
 
"Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçiririk. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünür ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir", - BNA-nın hadisə ilə bağlı yaydığı bəyantda bildirlir.
 
RePost.Az
 

Baxış sayı: 2744 | Tarix: 02.05.2017
Bizi Telegramda izləyin: @repostaz