Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.

 

RePost.Az xəbər verir ki, bu barədə  Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. 

Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”. 

  


Baxış sayı: 2915 | Tarix: 03.05.2017
Bizi Telegramda izləyin: @repostaz