Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
 
Araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.

Baxış sayı: 179 | Tarix: 04.02.2026
Bizi Telegramda izləyin: @repostaz