Bakıda şagird müəllimi güllələyib.
 
DIN mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hadisə Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” Liseyində baş verib.
 
Liseyin 10-cu sinif şagirdi Ə.Ş. səhər saat 9 radələrində 28 yaşlı qadın riyaziyyat müəllimi Ş.K-nı ov tüfəngi ilə güllələyib. Məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.
Yaralı müəllimə hjadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən  Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
 
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
 
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, şagir Sumqayıt icra başçısının müavinin oğludur. 

Baxış sayı: 1015 | Tarix: 06.02.2026
Bizi Telegramda izləyin: @repostaz