Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
 
Müsəküçə kənd sakini  5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün təqaüddə olan həkim Ramiz Sadıqovu evə dəvət edib. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub.
 
Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 3599 | Tarix: 03.05.2017
Bizi Telegramda izləyin: @repostaz