İran İslam Respublikası Silahlı Qüvvələrinin ən yüksəkrütbəli komandanlıq heyəti və hərbi rəhbərliyi həlak olub.

Bu barədə İranın rəsmi dövlət xəbər agentliyi (IRNA) məlumat yayıb.

Məlumata görə, ölkənin strateji obyektlərinə endirilən intensiv hava zərbələri nəticəsində İranın hərbi iyerarxiyasında Ali Rəhbərdən sonra ordunun idarə edilməsində həlledici rol oynayan aşağıdakı şəxslər həyatını itirib:

Əbdülrəhim Musəvi – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant;

Məhəmməd Pakpur – İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-leytenant;

Əli Şamxani – Ali Rəhbərin hərbi məsələlər üzrə baş müşaviri və Müdafiə Şurasının katibi, admiral;

Əziz Nəsirzadə – İranın müdafiə naziri, general-mayor (publika.az).


Baxış sayı: 255 | Tarix: 01.03.2026
Bizi Telegramda izləyin: @repostaz