Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.
 
Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
 
Bildirilib ki, “regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb”.
 
Eyni zamanda, viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb.

Baxış sayı: 293 | Tarix: 02.03.2026
Bizi Telegramda izləyin: @repostaz