Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb.


RePost.Az  xəbər verir ki, yeraltı təkanlar Şirvan şəhəri, Salyan rayonu,  Göyçay və Lənkəranda hiss olunub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunmuşdur.

Məlumata əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı  yaydığı məlumata görə yeraltı təkanların Saatlı rayonu ərazisində qeydə alındığı bildirilir.

"İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km dərinlikdə olub", - deyə məlumatda bildirilir.

 


Baxış sayı: 3010 | Tarix: 11.05.2017
Bizi Telegramda izləyin: @repostaz