Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
 
Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
 
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2782 | Tarix: 13.05.2017
Bizi Telegramda izləyin: @repostaz