Quba polis şöbəsinin əməkdaşları rayonun dağlıq Qrız Dəhnə kəndi ərazisində yenidən ayı balası tapıblar.  
 
RePost.Az xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, bundan əvvəl də mayın 3-də Qrız Dəhnə kəndinin ərazisində Quba-Xınalıq yolunun kənarında meşə massivində də ayı balası tapmışdılar.
 
Tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac milli parkının Vəhşi Təbiətin Bərpası və realibitasiyası klinikasına göndərilib.
 
İstiPress-in müxbiri Aytəkin Alxaslı tapılan ayı balasının yanında çəkiliş edərkən heyvan ona hücüm edib.
 
RePost.Az


Baxış sayı: 2991 | Tarix: 15.05.2017
Bizi Telegramda izləyin: @repostaz