M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

 

Təqdimat may ayının 27-də saat baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.  

 

Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.

 

Mövlud Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.


Baxış sayı: 2250 | Tarix: 26.05.2017
Bizi Telegramda izləyin: @repostaz