Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə,  mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

 
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 2782 | Tarix: 27.05.2017
Bizi Telegramda izləyin: @repostaz