Novxanı bağlar massivində sakinlərin hasarları yolu genişləndirmək adı ilə sökülür. 
 
Bu barədə RePost.Az-a bir qrup bağ sakini məlumat verib. Onların sözlərinə görə, söküntünü icra edənlər əmrin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan gəldiyini deyiblər. İcraçılar söküntünü bağlar massivində yolların genişləndirilməsi ilə izah ediblər. Sakinlər hesab edirlər ki, bu qanunsuz göstərişdi. Çünki yola qatılacaq ərazilər sənədlə onların şəxsi mülkiyyəti hesab olunur. Onlara dəymiş zərərə görə isə heç bir kampensasiya ödənilmir. Hətta icraçılar bu barədə düşünülmədiyini də bildiriblər. 
 
Sakinlər iddia edirlər ki, əslində yolların genişləndirilməsi ilə bağlı heç bir rəsmi qərar yoxdur. Sadəcə olaraq bu günlərdə nazirlərdən biri bağ evinə gələrkən tıxaca düşüb. Məhz onun göstərişi ilə də hasarsökmə əməliyyatı başlayıb. 
 
Günün sonu olduğundan Sumqayıt İcra Hakimiyyətindən məsələ ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Sabah gün ərzində rəsmi məlumatı dərc etməyə cəhd edəcəyik.
 
RePost.Az

Baxış sayı: 2079 | Tarix: 31.05.2017
Bizi Telegramda izləyin: @repostaz