Burak Özçivit ilə Fahriye Evcen "Çalıkuşu" filminin çəkilişindən başlayan sevgiləri nikah masasına qədər çatdı.
 
RePost.az Milli.Az istinadən xəbər verir ki, toy üçün Burak Özçivitin baş rolda iştirak etdiyi "Star TV"də yayımlanan "Kara Sevda"nın mövsüm finalı gözləniləcək.
 
Cütlük Ramazan bayramından sonra 2017-ci ilin iyul ayının əvvəlində toy etməyi planlaşdırırlar. O vaxt Burak Özçivitin valideyinlərinin Fahriye Evcenin ailəsinin yaşadığı Almaniyanın Solingend şəhərinə elçi gedərək qızı istəyəcəkləri bildirilir.
 
Özçivit və Evcenin bal ayı planları da artıq mətbuata sızmaqdadır. İlkin məlumata görə, bunun üçün məşhur cütlük Uzaq Şərqi seçiblər. Cütlüyün evlilik sonrası Fahriye Evcenin İstanbulun Zekeriyaköy qəsəbəsindəki villada yaşayacaqları iddia edilir.
 
RePost.az
 

Baxış sayı: 2440 | Tarix: 12.12.2016
Bizi Telegramda izləyin: @repostaz