Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
 
RePost.Az xəbər verir ki, iyunun 4-dən 6-dək "Qaz İxrac" İdarəsinin balansında olan "Astara-Qazıməmməd" və "Qaradağ-Şimal DRES" magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədar adı çəkilən qaz kəmərlərində qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
 
"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 02.06.2017
Bizi Telegramda izləyin: @repostaz