Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir dəyişikliklərə əsasən, qanunun 12-1-ci maddəsində ikinci hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilir:
 
“3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;”.
 
Aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:
 
“Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.”.

Baxış sayı: 1889 | Tarix: 12.12.2016
Bizi Telegramda izləyin: @repostaz