Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olan "Garant Holdinq"in bağlanması xəbərləri mətbuatın gündəmindədir. Bundan əlavə, KFC restoranlar şəbəkəsini idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən "Garant Holding"in portfelinə daxil olan "AFK" şirkəti mülkiyyətçisini dəyişib.
 
RePost.Az musavat.com-a istinadən bildirir ki, 11 mərtəbəli binada mühafizə işçilərindən başqa heç kim yoxdur. Holdinqin binasında yalnız "Əmrahbank" fəaliyyət göstərir.
 
Ətrafda olan şəxslərdən müəyyən bilgilər ala bildik. Bildirdilər ki, holdinq 4-5 aydır fəaliyyətini dayandırıb. Lakin 11 mərtəbəli binanın aşağı mərtəbəsində hazırda "Əmrahbank" fəaliyyət göstərir: "Bildiyimiz qədər bankın "Garant Holdinq"in binasındakı icarə müddəti başa çatır. 2-3 aydan sonra köçməlidirlər".
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 06.06.2017
Bizi Telegramda izləyin: @repostaz