Azərbaycanın Qərb bölgəsinə güclü dolu yağıb.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, dolu əsasən Qazax şəhəri və ətraf kəndlərə ciddi ziyan vurub. Xüsusilə də Xanlıqlar, Çaylı, Ühməzli və Daş Salahlı kəndlərini, Ağstafa rayonunun Eynallı və Köçəsgər kəndlərində, Tovuz rayonunda fərdi təsərrüfatlara, meyvə ağaclarına, bağçılığa və əkin sahələrində fəsadlara səbəb olub. 
 
RePost.Az
 


Baxış sayı: 2250 | Tarix: 10.06.2017
Bizi Telegramda izləyin: @repostaz