"Mən hesab edirəm ki, Leyla xanım Əliyevanın Milli Məclisdə təmsil olunması ilk növbədə Azərbaycan gəncliyinə verilən böyük etimad və töhfə olar".
 
RePost.Az-ın məlumatına görə, bunu ölkə.az-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, bu gün kifayət qədər Azərbaycan gəncləri parlamentdə və digər vəzifələrdə təmsil olunurlar. Çünki Azərbaycan dövlətinin və xalqının öz gənclərinə böyük inamı və güvəni var. "Ötən il Azərbaycanda keçirilən referendumda da xalqın səs çoxluğu ilə parlamentdə təmsil olunmaq üçün yaş fərqini 18 yaş etmişik. Bu il isə qardaş Türkiyədə keçirilən referendumda yaş fərqi 18-ə endirilib. Bu təcrübə bir çox demokratik ölkələrdə var. Çox sevinirəm ki, bu addım Türkiyə və Azərbaycanda eyni vaxtda reallaşıb. Bütün bunlar bir növ potensiallı gənclərə meydan verməkdir", - deyə M əlahət İbrahimqızı əlavə edib. 
 
Millət vəkili əlavə edib ki, Leyla xanım Əliyeva da Azərbaycan dövləti və xalqı üçün böyük və əvəzsiz işlər görüb. Onun müsbət və uğurlu fəaliyyəti bu gün də davam edir. Leyla Əliyevanın Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyəti və gənclər üçün müsbət töhfələr verər. Şübhəsiz ki, onun gördüyü işlər Leyla Əliyevanın Milli Məclisdə təmsil olunmasına layiq olduğunu bir daha sübut edir.
 
RePost.Az

Baxış sayı: 6091