Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyətlərindən sui-istifadədə təqsirləndirilən Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə F.Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasında mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları - İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıblar.

Müəyyən edilib ki, “Bakcell LTD” MMC-də əsas şәbәkә üzrə baş mühәndis vәzifәsindә işlәyәn Şahin İsrayılov, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən, Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri Fuad Әhmәdli, “Azercell Telecom” MMC-nin müştәri xidmәtində operator vəzifəsində işləyən Etibar Musayev ölkә әrazisindә mobil rabitә xidmәtlәri göstәrәn həmin şirkәtlәrdә işә başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürüb, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

 

 


Baxış sayı: 2079 | Tarix: 16.06.2017
Bizi Telegramda izləyin: @repostaz